
Güvənli Səyahət Üçün
Təhlükəsiz Marşrutlar
Küçələrdə Üzləşdiyiniz Problemləri Bizə Bildirməyə Başlayın
Problem
Bakı ərazisində keçirdiyimiz sorğu göstərdi ki, iştirakçı xanımların mütləq əksəriyyəti ictimai yerlərdə cinsi qısnamaya ən az 1 dəfə məruz qalıb və təəssüflər olsun ki, ictimai həyatda o cümlədən, küçələrdə baş verən cinsi qısnama və hücumların 97%-i heç bir yerdə qeydə alınmayıb və ictimailəşdirilməyib.


Bizim Həllimiz
Biz inanırıq ki, hər bir küçə aqressiyası təcrübəsi nəzərə alınmalıdır və bizlər birlikdə belə halları bölüşərək ictimaiyyəti məlumatlandıra, gücləndirə və onlara bu şəhəri gəzmək, işləmək, alış-veriş etmək və yaşamaq üçün daha təhlükəsiz yerə çevirə bilərik.
Sayt necə işləyir?
Sayt cinsi qısnamaya məruz qalmış fərdlərin həmin hadisələri saytda raport etməsi sayəsində real vaxt kəsimində məlumatları yeniləyərək, istifadəçinin çatmaq istədiyi təyinat nöqtəsinə ən təhlükəsiz marşrutu təyin edir.

Safe Routes layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir və Fond, platformada qeyd olunan hər hansı məlumata görə məsuliyyət daşımır.
Layihənin məqsədi küçələrdə baş verən cinsi qısnama və zorakılıq hallarının bildirilməsi və istifadaçilərin gedəcəkləri təyinat nöqtəsinə bu kimi halların olmadığı təhlükəsiz marşrutlarla getməsini təmin etməkdir.
